Bakıda dəhşətli hadisə — hamilə qadın döyüldü, uşağı öldü

4-05-2016, 10:46           

Bakıda dəhşətli hadisə baş verib. Hamilə qadın döyülüb, körpəsi tələf olub.

Hadisə Xətai rayonunda baş verib.

Rayonun Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü G.Z. polisə müraciət edərək bildirib ki, qayını tərəfindən döyülüb.

G.Z qeyd edib ki, evdə tək olduğu vaxt qayını, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü E.Süleymanov mənzilə gələrək onu döyüb. 22 yaşlı qadın polisə bildirib ki, hadisə nəticəsində onun bir həftəlik hamiləliyi pozulub.

Şikayət əsasında E.Süleymanov saxlanılıb. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. (musavat)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru