Ermənilər məşhur Gülüstan kəndi istiqamətindən VİDEO yaydılar

4-05-2016, 16:05           

Erməni jurnalistləri Cəbhənin Goranboy rayonu istiqamətində yerləşən Gülüstandan kəndinə yaxın ərazilərdən videoreportaj hazırlayıblar.

Modern.az saytı xəbər verir ki, Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun nəzarəti altına keçən kənd təmas xəttində yerləşir.

Bu səbəbdən də kənddə heç kəs yaşamır. Gülüstan kəndi Goranboy rayonunu inzibati vahidi sayılır.

Kənd 1992-ci ilin yayında Azərbaycan ordusunun əks-hücumu zamanı ermənilərdən azad olunmuşdu. Gülüstan hazırda təmas xəttində neytral zona kimi bilinir.

Qeyd edək ki, kəndin ərazisində 12-ci əsrdə tikilmiş məşhur Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru