Ermənistan "çirkli bombalar" hazırlayır - "Washington Times"

4-05-2016, 16:55           

“Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində “Çirkli bombalar” hazırlaması barədə məlumatlar var”.

Azvision.az xəbər verir ki, bu barədə Begin-Sadat Mərkəzinin və Bar Ilan Universitetinin eksperti Aleksandr Marinsonun “Washington Times”da çap olunan məqaləsində deyilir.

Müəllifin sözlərinə görə, “Çirkli bombalar” terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir.

Alim bildirib ki, bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur:

“Bu materialların bəziləri Gürcüstana Rusiya tərəfindən ilhaq edilmiş Cənubi Osetiya vasitəsi gətirilib. Bu, Azərbaycan və Gürcüstanın davamlı şikayətlərə səbəb olur. Şikayətlərdə bildirilir ki, separatçıların nəzarətində olan Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiya kimi ərazilərdən nüvə materialları, silah və narkotik maddələrin qaçaqmalçılığında istifadəsi olunur”.

Yazıda qeyd olunub ki, ABŞ-da keçirilən “Nüvə təhlükəsizliyi üzrə dördüncü Sammit”də Ermənistanın reaktorunun təhlükəsizliyi məsələsi müzakirə olunub və şikayətlər Sarkisyana çatdırılıb. Ermənistan prezidenti Serj Sarkisyan isə bütün ittihamları rədd edib.

Bundan əlavə bildirilib ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev çox səmimi qarşılanıb və iki ölkə arasında strateji əməkdaşlıq və həmrəylik müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru