Asif Yusiflinin cəzası azaldıldı

4-05-2016, 16:58           
Asif Yusiflinin cəzası azaldıldı
Ali Məhkəmədə AXCP-nin Rəyasət Heyəti üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, şikayət qismən təmin edilib. A.Yusliflinin cəzası 1 il 6 ay azaldılıb.

Qeyd edək ki, Asif Yusifli Fəridə Zülfüqarovanın şikayəti əsasında 2014-cü ilin noyabrında həbs olunub. Fəridə Zülfüqarovanın 7700 manatının dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli hökmü ilə Asif Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Asif Yusifli Qarabağ qazisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru