Rusiyada ev heyvanları iki həftə ərzində sahiblərinin cəsədlərini yeyiblər

20-07-2022, 12:35           
Rusiyada ev heyvanları iki həftə ərzində sahiblərinin cəsədlərini yeyiblər
Rusiyanın Yekaterinburq şəhərində bağlı mənzildə iki meyit tapılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Heyvan hüquqları müdafiəçiləri qeyd ediblər ki, mənzildə ölülərlə yanaşı iki həftə ərzində ev sahiblərinin cəsədlərini yeyən doqquz ev heyvanı olub.

“İlkin məlumatlara görə, ölümlə bağlı kriminal əlamətlər yoxdur. Vətəndaşların ölümünün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizaları zamanı aydınlaşdırılacaq”, - deyə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir.

Qeyd edilir ki, Malışeva küçəsindəki mənzildə 1960-cı il təvəllüdlü kişi və 1967-ci il təvəllüdlü qadın meyiti tapılıb.

“Zoodor” Heyvanları Xilasetmə Xidmətindən bildirilib ki, mənzildə ev sakinləri ilə yanaşı ən azı iki həftədir ki, ölən sahiblərinin cəsədləri ilə qidalanan üç it və altı pişikdən ibarət doqquz ev heyvanları da olub.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru