Adada yaşayan insanlar koronovirus peyvəndi vurdurmadıqlarına görə bir ildən çoxdur ev dustağıdırlar

21-07-2022, 10:44           
Adada yaşayan insanlar koronovirus peyvəndi vurdurmadıqlarına görə bir ildən çoxdur ev dustağıdırlar
Mahelino Patelesio və dörd nəfərdən ibarət ailəsi COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdikləri üçün bir ildən çoxdur ki, Tokelau adalarında (Yeni Zelandiya) ev dustaqlığında yaşayırlar.

Asayişi pozduqları üçün Nukunonu adasının şurası (taupuleqa) tərəfindən onlara ev dustaqlığı təyin edilib. Arxipelaqda həbsxanalar olmadığından və cinayətkarların Yeni Zelandiyaya daşınması baha başa gəldiyi üçün Tokelauda ev dustaqlığı adi bir təcrübədir.

“Bu kəndin qaydasıdır, bu adanı və icmanı idarə edən yerli şuranın qərarıdır. Tokelau qanunları var, lakin kəndin üzərində səlahiyyəti olan yerli şuramız da var”, - deyə adanın administrasiyasının meneceri Asi Pasilio bildirib.

Mənbə: Asia Pacific Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru