Güclü külək paytaxtda ağacları aşırdı

21-07-2022, 10:55           
Güclü külək paytaxtda ağacları aşırdı
Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb.

Oxu.Az xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 ünvanında və “Nizami” metro stansiyasının qarşısında irigövdəli ağac aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru