BBC kral ailəsinin keçmiş dayəsinə təzminat ödəyəcək

22-07-2022, 10:08           
BBC kral ailəsinin keçmiş dayəsinə təzminat ödəyəcək
Britaniya Yayım Korporasiyası (BBC) şahzadə Uilyam və Harrinin keçmiş dayəsinə onun haqqında yalan iddialar yaydığına görə təzminat ödəyəcək.

Şirkət Tiggi kimi tanınan Aleksandra Pettiferdən şahzadələrin atası vəliəhd şahzadə Çarlzla yaxın əlaqədə olması və abort etdirməsi kimi əsassız iddialara görə Ali Məhkəmə qarşısında üzr istəyib.


Məhkəmədə BBC-nin qəsdən həqiqətə uyğun olmayan iddialar irəli sürdüyü bildirilib.

Təzminatın məbləği açıqlanmayıb.

Həmçinin, məhkəmə xərclərinin də BBC tərəfindən ödəniləcəyi məlum olub.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru