Rusiyada robot it pulemyotla təchiz edilib – VİDEO

22-07-2022, 10:51           
Rusiyada robot it pulemyotla təchiz edilib – VİDEO
Rusiyada “Unitree” robot iti döyüş əməliyyatlarında istifadəsinin öyrənilməsi məqsədilə pulemyotla təchiz edilib.

Bu barədə sosial şəbəkədə video paylaşılıb.

Kadrlarda atəş zamanı robotda müəyyən stabillik problemləri yarandığı görünür, ancaq atəşdən sonra o, tarazlığını bərpa etməyi bacarır.


Qeyd edək ki, robot patentləşdirilmiş simsiz vektor yerləşdirmə və idarəetmə texnologiyası kimi bəzi yüksək texnologiyalı xüsusiyyətlərə malikdir. O, “balıq gözü” stereokamera dəsti, hipersəs sensor dəsti və süni intellekt sayəsində insan sahibi ilə yanaşı gəzə bilir. Mobil telefondan istifadə ilə uzaqdan idarə edilə bilən “Unitree” həmçinin heyvanları tanıya bilir, bundan başqa, vizual parametrlərdən istifadə edərək öyrənmək bacarığına malikdir.

Mənbə: BuildingTECH












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru