“WhatsApp” onlayn olduğunu hamıdan gizlətməyə imkan verəcək

23-07-2022, 10:24           
“WhatsApp” onlayn olduğunu hamıdan gizlətməyə imkan verəcək
“WhatsApp”ın beta versiyasında maraqlı yenilik aşkarlanıb.

Messencerdə yad gözlərdən “gizlənmək”, daha doğrusu, onlayn olduğunu hamıdan gizlətmək mümkün olacaq.

Məlum olub ki, “WhatsApp”ın iOS versiyası üçün hazırlanmış funksiya indi Android üçün də əlçatandır.

Funksiya tətbiqin “Məxfilik Parametrləri” bölməsində əks olunur.

Yeniliyin “WhatsApp”ın ictimai versiyasında nə zaman istifadəyə veriləcəyi bəlli deyil.

Mənbə: ferra.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.