Pakistanda yağışlar 290 can aldı

24-07-2022, 00:10           
Pakistanda yağışlar 290 can aldı
İyunun ortalarından bəri təsirli olan güclü yağışlar Pakistanda həyata mənfi təsir edib.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, musson yağışları nəticəsində həyatını itirənlərin sayı 290-a yüksəlib, 284 nəfər yaralanıb.

Ümumilikdə ölkənin müxtəlif şəhərlərində 9 mindən çox ev dağıdılıb, bir çox körpülər və magistral yollar zədələnib.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında yağan təsirli musson yağışları hər il irimiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru