Bosniya və Herseqovinada təyyarə qəzası olub, ölənlər var

24-07-2022, 08:45           
Bosniya və Herseqovinada təyyarə qəzası olub, ölənlər var
Bosniya və Herseqovinada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Sarayevo polisi məlumat yayıb.

"Təxminən saat 15:00 (Bakı vaxtı ilə saat 17:00) Nişiç yaylasında naməlum təyyarə qəzaya uğrayıb. Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası hadisə yerinə yollanıb, həkim iki nəfərin öldüyünü təsdiqləyib", - polisin açıqlamasında deyilir.

Bosniya və Herseqovina Prokurorluğu ölənlərin Avstriya vətəndaşları olduğunu bildirib.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.