Dağıstanda yol qəzası: Bir ölü, 18 yaralı

24-07-2022, 08:58           
Dağıstanda yol qəzası: Bir ölü, 18 yaralı
Dağıstanın Babayurtovski rayonunda mikroavtobus və minik avtomobilinin iştirakı ilə qəza baş verib. Nəticədə bir nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə iyulun 23-də regional Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, qəza Həştərxan-Mahaçqala federal magistral yolunda baş verib.

“İlkin məlumata görə, “VAZ-2114” markalı avtomobilin sürücüsü ötmə əməliyyatını həyata keçirərkən 18 nəfər sərnişini daşıyan “Mercedes Sprinter” markalı mikroavtobus ilə toqquşub”, - nazirliyin Telegram-kanalında yayımlanan məlumatda deyilir.

Dağıstan prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, ölən avtomobilin sürücüsüdür.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru