Türkiyədə qarğa əcnəbi turistin çantasından pul oğurlama cəhd edib.
Hadisə Antalyanın Serik rayonunda yerləşən hotelin çimərliyində yaşanıb.
Turistlərin olduğu masaya gələn qarğa bir qadının çantasından dimdiyi ilə 100 avro götürüb. Daha sonra qaçmaq istəyərkən pulun sahibi son anda əskinası qarğanın dimdiyindən çıxara bilib.
Görüntülər ətrafdakılar tərəfindən təbəssümlə qarşılanıb.