Laçında ağır qəza, ölənlər var

25-07-2022, 10:48           
Laçında ağır qəza, ölənlər var
Laçın rayonu ərazisində kənd təsərrüfatı texnikasının qəzaya uğraması nəticəsində 2 nəfər vəfat edib.Teref.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Laçının Güləbird kəndi ərazisində “Kroun KO-R” MMC-yə məxsus olan “Class 630” markalı traktor dərəyə aşıb. Nəticədə traktorla hərəkət edən kombayn sürücüləri: 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Traktoru idarə edən 1969-cu il təvəllüdlü Müşfiq Əliyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən K.Aabbasov Gəncə, Y.Abışov isə Samux sakini olub. Traktoru idarə edən M.Əliyev isə Goranboy rayonunun Goran qəsəbəsinin sakinidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.