Rusiyalı deputat Tiflisə qaçdı

26-07-2022, 08:34           
Rusiyalı deputat Tiflisə qaçdı
Rusiyanın Novosibirsk şəhər şurasının üzvü, müstəqil deputat Helqa Piroqova barəsində cinayət işi açıldıqdan sonra Gürcüstana qaçıb.

Bu barədə millət vəkilinin özü social şəbəkə hesabında yazıb.O bildirib ki, iyulun 25-də Rusiya İstintaq Komitəsində dindirilməli idi. Buna səbəb Piroqovanın Tvitterdə rusiyalı hərbçilərin dəfn mərasimi ilə əlaqədar yazdığı şərh olub.

“Sözlə ifadə etmək olmur, mən onların hamısını diriltmək, yanaqlarına bərk vurmaq istəyirəm, sonra isə qoy məzarlarına qayıtsınlar. Nahaq yerə onlar üçün dəbdəbəli dəfn qurublar”, – deyə o, dəbdəbəli dəfn üçün hakimiyyətə təşəkkür edən ailənin paylaşımına yazdığı şərhdə qeyd edib.

Araşdırma başladıqdan sonra isə Piroqovanın Tiflisdə olduğu üzə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru