Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı

26-07-2022, 10:24           
Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı
Yaponiyada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.

Bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, xəstəlik 30-40 yaş arası Tokio sakinində aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyanın 75 ölkəsində ümumilikdə 16 mindən çox insanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb.

Mənbə: NHK












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.