19 yaşlı rusiyalı idmançı dağdan yıxılıb öldü - FOTO/VİDEO

26-07-2022, 10:44           
19 yaşlı rusiyalı idmançı dağdan yıxılıb öldü - FOTO/VİDEO
Sankt-Peterburq şəhərindən olan, Rusiyanın sərbəst güləş üzrə bürünc mükafatçısı Əhməd Jiletejev Elbrus ətrafında dağdan yıxılaraq həlak olub.

Məlumata görə, 19 yaşlı güləşçi Kabardin-Balkara təlim-məşq toplanışına yollanıb. Burada o, digər idmançılarla birgə qeydiyyatdan keçməyən qrupla Buka-Başı dağına qalxmaq qərarına gəlib. Ancaq bu qərar Jiletejevin həyatı bahasına başa gəlib: Gənc 2500 metr yüksəklikdə müvazinətini itirərək yıxılıb və ölümcül xəsarətlər alıb.

Ümumilikdə qrupda doqquz idmançı olub. Onlardan daha ikisinin yardıma ehtiyacı olub.

Mənbə: 360TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru