İntihar etdiyi deyilən sabiq polis rəisi açıqlama verdi

30-07-2022, 07:47           
İntihar etdiyi deyilən sabiq polis rəisi açıqlama verdi
Sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun intihar etməsi barədə xəbərlər yayılıb.

Məlumata görə, iddia edilir ki, sabiq rəisin intiharı qalmaqallı “Nərmin işi” ilə bağlıdır.

Məsələ ilə bağlı sabiq rəis Şirzad Əsgərov Musavat.com-a açıqlama verib.

Ş.Əsgərov bu cür məlumatların hansı məqsədlə yayıldığı haqda fikir bildirmək istəməyib.

Amma qeyd edib ki, azyaşlı Nərminin qətli ilə bağlı hazırda davam edən məhkəmə araşdırması yekunlaşdıqdan sonra barəsində həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslər barəsində məhkəməyə müraciət edəcək.

Ş.Əsgərov əlavə edib ki, məhkəmə qanuni hökmünü çıxarana qədər bu mövzu ətrafında danışılan fikirlərə münasibət bildirmək olmaz: “Polis rəisi olsan belə istintaq orqanının işinə qarışa bilməzsən. Buna imkan belə verməzlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru