Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib

30-07-2022, 08:05           
Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib
Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

“Report” xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, iyulun 29-da Qudauridə baş vermiş və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar iyulun 30-u bu ölkədə matəm günü elan edilib.

Qeyd edək ki, dünən Tetri Araqvi vadisində “Mi-8” tipli helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər ölüb. Qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertiza aparılacaq.

Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru