Britaniyada şlanqlardan suvarma üçün istifadə qadağan edildi

30-07-2022, 11:34           
Britaniyada şlanqlardan suvarma üçün istifadə qadağan edildi
Böyük Britaniyanın Hempşir və Ayl-of-Uayt qraflıqlarında suvarma üçün şlanqlardan istifadəyə müvəqqəti qadağa tətbiq edilib. Buna səbəb anomal istilərin yaratdığı quraqlığa görə suya qənaət etməkdir.

Bu barədə qərar “Southern Water” kommunal şirkətinin press-relizində elan edilib.

Bağları sulamaq və ya avtomobilləri yumaq üçün su şlanqlarından istifadə müvəqqəti olaraq qadağan ediləcək. “Bəzək gölməçələri və hovuzlar da doldurulmamalıdır”, - deyə sənəddə ayrıca qeyd edilir.

Böyük Britaniyada keçən həftə temperatur rekord həddi ötüb. Belə ki, çərşənbə axşamı havanın temperaturu 38,7 dərəcə rekordunu qıraraq 40,3 dərəcəyə çatıb.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru