Oman gəmisi Yəməndə yoxa çıxdı

31-07-2022, 09:25           
Oman gəmisi Yəməndə yoxa çıxdı
Omana məxsus 4 ekipaj üzvü olan ticarət gəmisi Yəmənin Sokotra adasının sahillərində itib.

Teleqraf.com xəbər verir ki, Sokotra qubernatoru faktı təsdiqləyib.

Məlum olub ki, Yəmənin Əl-Mahra şəhərindəki Niştun limanından yola düşən Omanın 485 saylı gəmisinin mühərrikində nasazlıq yaranıb.

Nəticədə gəmi Sokotra adasının 60 kilometr yaxınlığında itib və 4 ekipaj üzvü ilə əlaqə kəsilib.

Dənizçiləri tapmaq üçün axtarış-xilasetmə işlərinə başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.