1 ailənin 4 üzvünü maşın vurdu: Vəziyyətləri...

1-08-2022, 09:21           
1 ailənin 4 üzvünü maşın vurdu:
Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şosesində qeydə alınıb.

Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları - 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif və 2009-cu il təvəllüdlü Abdulxalıqova Fatiməni “Toyota” markalı maşın vurub.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə ana və oğlun vəziyyəti ağırdır.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru