Tanışlar arasında zarafat qanla bitdi

1-08-2022, 10:16           
Tanışlar arasında zarafat qanla bitdi
Mingəçevir şəhərində yeniyetmə oğlan öz tanışını bıçaqlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərdəki kafelərin birində baş verib.

2008-ci il təvəllüdlü M.A. və 2007-ci il təvəllüdlü A.B. arasında zarafat mübahisəyə səbəb olub. Mübahisə zamanı A.B. tanışına bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, hadisəni törədən saxlanılıb:

“Hazırda araşdırma aparılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru