“Whatsapp”a yeni funksiya gəlir - FOTO

2-08-2022, 10:54           
“Whatsapp”a yeni funksiya gəlir - FOTO
“WhatsApp” tərtibatçıları tətbiqi yeni funksiya ilə təchiz etməyi planlaşdırırlar. Belə ki, artıq messencerdə qrup administratorları üçün mesajların silinməsi ilə bağlı yeni seçim olacaq.

Bu seçim sayəsində qrup administratorları söhbətdəki bütün digər istifadəçilər üçün üzv mesajlarını silə biləcəklər. Mesajlar administrator tərəfindən silindikdə iştirakçılar onun adı ilə bildiriş alacaqlar.

Yeniliyin nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir. Bu funksiya hazırda bəzi “beta” istifadəçiləri üçün əlçatandır.


Mənbə: WABetaInfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru