Almaniyada meyitləri yandırmaq çətinləşəcək

3-08-2022, 11:18           
Almaniyada meyitləri yandırmaq çətinləşəcək
Almaniyada Rusiya qazının azalması krematorilərin işini çətinləşdirə bilər.

Bu barədə Almaniyanın Cənazə Evləri Assosiasiyasından məlumat verilib. Məlumata görə, Almaniyada bir milyon meyitin təxminən dörddə üçü kremasiya edilir. Bu da Avropada ən yüksək göstəricidir.

Alman Krematori Konsorsiumunun sədri Svend-York Sobolevski bildirib ki, qaz istehlakı normallaşdırılsa da, krematorilərin fəaliyyəti hökumət üçün prioritet olaraq qalmalıdır. Çünki krematorilərin əksəriyyəti yanacaqsız işləyə bilməyəcək.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru