Moskvada korrupsiya idarəsinin başçısı rüşvətə görə saxlanılıb

4-08-2022, 16:27           
Moskvada korrupsiya idarəsinin başçısı rüşvətə görə saxlanılıb
Rusiyanın paytaxtı Moskvanın Şimal-Şərq İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Aleksandr Basov rüşvət tələbə etdiyi üçün saxlanılıb.

TEREF.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, o, yoxlama fəaliyyətinə xitam verilməsi üçün 5 milyon rubl (təxminən 82 min dollar) məbləğində tələb etdiyi saxlanılıb.

Vurğulanıb ki, təqsiri təsdiqlənəcəyi halda vəzifəsindən azad ediləcək qanuna uyğun cəzalanacaq, onun rəhbərliyi isə inzibati məsuliyyətə cəlb olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.