Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

6-08-2022, 07:54           
Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub
Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb. Teref.az APA-ya xəbər verir ki, hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı - 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub.

Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər.

Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Uşağın vəziyyəti daha ağır qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru