Rusiyada təyyarə qəzası - 3 ÖLÜ (VİDEO) 8-08-2022, 17:55 Komi Respublikasında "Cessna" yüngül təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. "Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib."Cessna yüngül təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Təyyarədə olan 3 nəfər həlak olub", - deyə qeyd olunub. Hazırda qəzanın hansı şəraitdə baş verməsi araşdırılır. Facebook-da paylaş