Bloger Tofiq Şahmuradov HƏBSDƏ QALDI - QƏRAR

9-08-2022, 10:43           
Bloger Tofiq Şahmuradov HƏBSDƏ QALDI - QƏRAR
Bloger Tofiq Şahmuradov barəsində seçilmiş inzibati həbs tənbehindən verilmiş apellyasiya şikayətinə baxılıb.

TEREF APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.

Qərara əsasən, seçilmiş həbs tənbehinin dəyişdirilməsi üçün əsaslar məyyən edilmədiyi üçün şikayət təmin olunmayıb.

Xatırladaq ki, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru