Əcnəbi vətəndaş Bakıda oteldə öz qızını zorladı - Azərbaycanda DƏHŞƏT

10-08-2022, 09:58           
Əcnəbi vətəndaş Bakıda oteldə öz qızını zorladı -
Bakıda əcnəbi vətandaş qızına qarşı əxlaqsızlıq edib.

TEREF xəbər verir ki, Busaat.az-ın əldə etdiyi məlumata görə, Mahdi Rahımı adlı əcnəbi paytaxt ərazisində on dörd yaşına çatmayan qızı T.R-ya (şərti) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Daha sonra bu barədə hüquq mühafizə-orqanlarına müraciət olunub və Mahdi Rahımı saxlanılıb.

Onun barəsində Cinayət Məclləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun sədrlik etdiyi məhkəmə kollegiyasında baxılacaq.

Məhkəmə iclasının vaxtı isə hələlik məlum deyil.

Qeyd edək ki, məhkəmədə Mahdi Rahımın cinayəti sübuta yetirilərsə, onu səkkiz ildən on beş ilədək müddətinə azadlıqdan məhrumetmə ilə cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru