"Donetsk vilayətində bir qrup serb muzdluları məhv edilib" - Ukraynalı döyüş komandiri

10-08-2022, 10:56           
"Donetsk vilayətində bir qrup serb muzdluları məhv edilib" -
Ukrayna ordusu Donetsk vilayətində Rusiya və separatçılar tərəfindən vuruşan serb muzdlular aşkar edib.

TEREF-ın məlumatına görə, Ukrayna ordusunun Donetsk vilayəti cəbhəsi üzrə döyüş komandiri Roman Solohub "Report"a açıqlamasında bildirib ki, muzdluların burada qarşı tərəfdən daha çox olması ilə bağlı onlarda kəşfiyyat məlumatı var:

"Hazırda Ukrayna ordusu dronlar vasitəsilə düşmənin məhv edilməsini uğurla həyata keçirir. Söhbət həm standart, həm də döyüş başlığı daşıya bilən dronlardan gedir. Məsələn, bizim qrupun əhatə dairəsinə “Sidoy” ləqəbli, Serbiyadan muzdlular gətirmiş, bədnam ad qazanan rusiyalı terrorçu hərbi birləşməsi düşmüşdü. Biz həmin qrupu və “Sidoy” ləqəbli terrorçunu məhv etmək məqsədilə zərbələr endirdik", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru