Moskvada yaşayış binasında partlayış - Ölənlər var + VİDEO

9-01-2023, 00:03           
Moskvada yaşayış binasında partlayış -
Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb.

İnsident yanvarın 8-də günorta saatlarında Dmitri Ulyanov küçəsindəki 19 mərtəbəli binada yaşanıb. Məlumata görə, partlayış 14-cü mərtəbədə olub.

Partlayış nəticəsində mənzilin şüşəsi qırılıb və yanğın başlayıb. Təcili yardım xidmətləri hadisə yerində 3 nəfərin cəsədini aşkarlayıb.
Ətraflı

Xilasedicilər partlayışın nəticələrini aradan qaldırmağa davam edirlər.

Paytaxt Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru