Rusiyalı hərbçilərin yerləşdiyi yataqxanaya zərbə endirilib, ölənlər var

9-01-2023, 00:02           
Rusiyalı hərbçilərin yerləşdiyi yataqxanaya zərbə endirilib, ölənlər var
Ukraynanın Luqansk vilayətinin işğal altındakı Rubijne şəhərində səfərbər olunmuşların yataqxanasına zərbə endirib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiya İdarəsi (Stratkom) teleqramda məlumat yayıb.

Məlumata görə, olay nəticəsində Rusiyanın 14 hərbçisi zərərsizləşdirilib: “Yaralıların sayı hələlik məlum deyil”.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sisteminin raketləri ilə Rusiyanın səfərbər olunmuş şəxslərin məskunlaşdığı binaya zərbə endirməsi sonucunda yüzlərlə hərbçi ölüb, bir o qədəri də yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru