Qaxda avtomobil telefon dirəyinə çırpılıb, xəsarət alanlar var

9-01-2023, 12:14           
Qaxda avtomobil telefon dirəyinə çırpılıb, xəsarət alanlar var
Qaxın Kötüklü kəndində "VAZ-2106" markalı avtomobil telefon dirəyinə çırpılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru