İran karate çempionu və uşaq məşqçisini EDAM ETDİ

9-01-2023, 08:23           
İran karate çempionu və uşaq məşqçisini EDAM ETDİ
Şənbə günü İranda ümummilli etirazlar fonunda biri karate çempionu, digəri könüllü uşaq məşqçisi olan iki gəncin edam edilməsi bütün dünyada hiddətə səbəb olub.

Publika.az xəbər verir ki, Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni şənbə günü səhər tezdən asılıblar.

İranın məhkəmə xəbər agentliyi "Mizan"ın verdiyi məlumata görə, onların ötən il rejim əleyhinə nümayişlərdə iştirak etdikləri və noyabrın 3-də Kərəcdə Bəsic yarımhərbi qruplaşmasının üzvü Seyid Ruhullah Əcəmianı öldürməkdə mühakimə olunduğu iddia edilib.

Qeyd edək ki, sentyabrın 16-da polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlarla bağlı edam edilənlərin ümumi sayı 4-ə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru