Rusiyada bir gündə 2 təyyarə qəzası baş verdi

10-01-2023, 12:28           
Rusiyada bir gündə 2 təyyarə qəzası baş verdi
Yanvarın 10-u Rusiya hava limanlarında iki fövqəladə hadisə baş verib.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Xabarovsk diyarında eniş zamanı təyyarənin şassisi partlayıb, Norilskdə isə təyyarə eniş zolağından çıxıb.

Xabarovskda "Cessna-208" özəl təyyarəsi hava limanına enərkən zədələnib. Ölən və yaralanan yoxdur. Hazırda hava limanı bağlıdır.

Norilskdə Moskvaya uçan "Nord Star" təyyarəsi uçuş-enmə zolağından çıxıb. Təyyarədə 116 sərnişin və altı heyət üzvü olub. Zərərçəkənlər barədə məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru