Rusiyanın uğursuz generalı yüksək posta gətirildi

11-01-2023, 09:54           
Rusiyanın uğursuz generalı yüksək posta gətirildi
Ukraynadakı müharibə zamanı uğursuzluqlarına görə tənqid olunan və vəzifəsindən kənarlaşdırılan rusiyalı general-polkovnik Aleksandr Lapin yeni vəzifəyə təyin olunub.

“Kommersant” xəbər verir ki, Rusiyanın Ukraynadakı “Mərkəz” qoşun qruplaşmasının keçmiş komandanı A. Lapin Quru Qoşunlarının Baş Qərargah rəisi təyin olunub.

Qeyd edək ki, Lapin 2017-ci ilin noyabrından Mərkəz Hərbi Dairəsinin qoşunların komandanı olub. O, ötən ilin noyabrında vəzifəsindən kənarlaşdırılıb. Lapin Rusiya qoşunlarının Krasnıy Liman ərazisinə nəzarəti itirməsində günahlandırılıb. Belə ki, Çeçenistan rəhbəri Ramzan Kadırov bununla bağlı generalın ünvanına ittihamlar səsləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru