Qardaşının 25 yaşlı hamilə arvadını güllələyərək öldürdü

11-01-2023, 10:34           
Qardaşının 25 yaşlı hamilə arvadını güllələyərək öldürdü
Başakşehirdə qardaşının evinə torpaq məsələsinə görə basqın edən Şahin T. ehtiyatsızlıqdan hamilə olan qardaşı arvadını tapança ilə vuraraq öldürüb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Şahin T. gecə saatlarında qardaşının evinə gəlib. O əvvəlcə havaya, sonra isə qapıya doğru bir neçə atəş açıb.

Qapı arxasında olan qardaşının hamilə həyat yoldaşı 25 yaşlı Sunay Taş döş və qarın nahiyəsindən güllə yarası alaraq ağır yaralanıb. Ağır yaralanan qadın təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Gəlinlərini vurduğunu anlayan Şahin T onu aşağıda gözləyən dostu Turqay Akyıldızın maşınına minərək hadisə yerindən uzaqlaşıb. Avtomobildə olan dostu ilə mübahisə edən şəxs, onu da vuraraq öldürüb.

Hadisəni törədən şəxs əkdaşlarnın keçirdiyi əməliyyat sayəsində saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.