Bakıda avtomobil ağacları və işıq dirəyini aşırıb - FOTO

15-01-2023, 10:13           
Bakıda avtomobil ağacları və işıq dirəyini aşırıb - FOTO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb. “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Avtomobil yol kənarındakı ağacları və işıq dirəyini yerindən qoparıb.

Yol infrastrukturuna ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.