Aytən İsmayılzadə vəfat etdi

16-01-2023, 09:24           
Aytən İsmayılzadə vəfat etdi
Azərbaycanda xərçəng xəstəsi Aytən İsmayılzadə vəfat edib.

Teref.az baku.ws-yə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə mərhum xanımın dostları məlumat paylaşıb. Qeyd edək ki, bir müddət əvvəl Aytən İsmayılzadə sosial şəbəkə hesabında paylaşım edərək müalicəsi üçün kartına yığılan pulun müəyyən məbləğinin oğurlandığını bildirmişdi.

O iddia etmişdi ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını demişdi.

A.İsmayılzadə daha sonra pulun 2 min manatının geri qaytarıldığını yazıb.

Həmin vaxt məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirmişdi. Qeyd olunub ki, həmin şəxslə bağlı araşdırmalara başlanılıb.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru