Rusiya raketinin qalıqları Rumıniya çimərliyində tapıldı

17-01-2023, 10:03           
Rusiya raketinin qalıqları Rumıniya çimərliyində tapıldı
Rumıniyanın Konstansa vilayətinin çimərliyində “Pantsir-S1” hava hücumundan müdafiə raket kompleksinin fraqmenti aşkar edilib.

Raket hissəsi Dobruca Fövqəladə Hallar Müfəttişliyinin istehkamçıları tərəfindən Qara dəniz sahilində tapılıb.

Məlumata görə, Rumıniya Müdafiə Nazirliyinin mütəxəssisləri raketin qalıqlarını tədqiq edəcəklər.

Ehtimallara görə, bu, İlan adası uğrunda gedən döyüşlərdə istifadə edilən “Pantsir-S1” raketinin sürətləndiricisidir. Bu fraqment hazırda heç bir təhlükə yaratmır. (Mənbə: mk.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru