Bakıda mağazaya silahlı basqın edilib

24-01-2023, 09:37           
Bakıda mağazaya silahlı basqın edilib
Bakıda mağazaya silahlı basqın edilib.

"Report"un əldə etdiyi məlumata görə, yanvarın 22-si saat 20 radələrində paytaxtın Xətai rayonu, X.Rüstəmov küçəsi, 23 saylı ünvanda yerləşən mağazada qeydə alınıb.

Belə ki, şəxsiyyəti istintaqla məlum olmayan şəxs obyektə müştəri qismində daxil olub. Daha sonra o, mağazada satıcı işləyən İsmayılova Gülçöhrə Səxavət qızına həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, silah qismində istifadə etdiyi bıçaqla vuracağı ilə hədələyib. Həmin şəxs içərisində 160 manat məbləğində pul olan 25 manat dəyərində çantanı və kassada olan 30 manat məbləğində pulu götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məclləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru