İranda avtobus aşıb, azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb

22-03-2023, 11:55           
İranda avtobus aşıb, azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb
İranın Cənubi Xorasan əyalətində yerləşən Mod şəhərinin yaxınlığında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlireza Rezai bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 04:06-da Bircənd-Sarbiş yolunun 25-ci kilometrində, Mod şəhərindən 5 kilometr məsafədə avtobus aşıb.

Ə.Rezai məlumat verib ki, 41 nəfər xəstəxanaya çatdırılıb, 3 yaralıya isə yerində tibbi yardım göstərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.