Bakının mərkəzində əməliyyat: avtomatlı şəxs tutuldu

17-05-2015, 12:47           
Bakının mərkəzində əməliyyat: avtomatlı şəxs tutuldu
Bakıda özünü şübhəli aparan şəxs saxlanılıb. Lent.az-ın məlumatına görə, polis əməkdaşları Xəqani küçəsi 41 ünvanının qarşısında şübhəli hesab etdikləri şəxsi saxlamağa çalışıblar. Lakin həmin şəxs ərazidən uzaqlaşmaq istəyib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb və onun üzərinə, eləcə də əlindəki torbaya baxış keçirilib. Bu zaman onun əlindəki bükümdəkinin sökülü halda olan "AK 74" markalı avtomatın hissələri olduğu üzə çıxıb. Bəlli olub ki, silah saz vəziyyətdə olub.


Saxlanılan şəxsin kimliyi də müəyyənləşdirilib. Bəlli olub ki, bu, Xətai rayon sakini, 1977-ci il təvəllüdlü Vəliyev Zaur Akif oğludur.


O, ilkin ifadəsində silahı metronun "Həzi Aslanov" stansiyası yaxınlığında ağaclıq sahədə tapdığını iddia edib.


Z.Vəliyevin avtomatı hansı səbəbdən gəzdirdiyi, şəhərin mərkəzinə niyə gətirdiyi və digər suallar ətrafında araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru