İsmayıllıda davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsinə dair seminar

17-06-2016, 22:41           
İsmayıllıda davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsinə dair seminar
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi layihəsi” çərçivəsində İsmayıllıda seminar keçirilib.
Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən seminarı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq deyib ki, bu mövzuda seminar,treninq və toplantılara ciddi ehtiyac vardır. Bu günkü seminar da bu ehtiyacın ödənilməsində əhəmiyyətli bir mərhələdir.
Mövzuya dair Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakultəsinin dekanı, professor Çingiz İsmayılov məruzə edib.
Məruzə maraqla dinlənilib və diskusiya şəraiti yaradıb.
Sonda professor Çingiz İsmayılov seminarın keçirilməsi üçün yaradılan nümunəvi şəraitə görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru