Biləsuvarda iki yaşlı uşaq boya həlledicisi içib, vəziyyəti ağırdır
31-05-2023, 08:06
Biləsuvarda bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, rayon sakini 2021-cü il təvəllüdlü qız nəzarətsiz qalan zaman boya həlledicisi içib.
Nəticədə az yaşlı qız zəhərlənib. O, dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.