Rusiyada neft emalı zavodu dronla vurulub, yanğın başlayıb

31-05-2023, 09:07           
Rusiyada neft emalı zavodu dronla vurulub, yanğın başlayıb
Rusiyanın Krasnodar vilayətində yerləşən neft emalı zavodu pilotsuz uçuş aparatı ilə vurulub.

“Report” xəbər verir ki, hadisə Kuban dairəsinin Severski rayonundakı “Afipski” neft emalı zavodunda baş verib.

Nəticədə mazut çənlərindən biri yanır. Vilayətin qubernatoru Veniamin Kondratyev məlumatı təsdiq edib.

“Severski rayonunda Afipski neft emalı zavodunun ərazisində yanğın başlayıb. Mazutun distillə edən qurğularından biri yanır. İlkin səbəb PUA-dır. Biz artıq yanğını lokallaşdıra bilmişik. 100 kv.m sahədə yanğın baş verib, tələfat yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru