Gəncədə qadın özünü binadan atıb

5-06-2023, 08:58           
Gəncədə qadın özünü binadan atıb
Gəncə şəhərində qadın özünü binadan atıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadın Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynovadır.

Onun həmin ünvanda kirayədə yaşadığı bildirilir.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.