Bəylə gəlin toy gecəsi infarktdan öldü5 İyun 2023 10:00

5-06-2023, 12:38           
Bəylə gəlin toy gecəsi infarktdan öldü5 İyun 2023 10:00
Hindistanın Uttar Pradeş ştatında bəylə gəlin toydan sonrakı gecə ürək tutmasından dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “India Today” məlumat verib. Hadisənin ötən gün Bəhreyç rayonunun kəndlərindən birində baş verdiyi bildirilir. 22 yaşlı gənc 20 yaşlı qızla evlənib. Toydan sonra cütlük öz otağına çəkilib və səhəri gün onlar ölü tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib, məhkəmə-tibb ekspertləri ekspertiza aparıb və məlum olub ki, yeni evlənənlərin ölümünün səbəbi infarktdır.

Eyni zamanda, infarkta nəyin səbəb ola biləcəyi hələlik açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru